Nəqliyyat Könüllüləri üçün "TED Talks" formatında “Sərnişindaşımanın vahid mərkəzdən idarəedilməsi” mövzusunda təqdimat keçirilib

30.08.2021 12:45

 Sərnişindaşıma fəaliyyətinin təşkili, paytaxtın marşrut xətti şəbəkəsi, dispetçer xidmətinin təşkili, müntəzəm sərnişindaşımada nağdsız ödəniş sisteminə keçid, avtobusların operativ və dəqiq idarəedilməsi barədə könüllülərə məlumatlar verilib. Sual-cavab formatında könüllüləri maraqlandıran mövzular müzakirə olunub.

 Könüllülərimizin bilik və bacarıqlarının artırılması üçün təcrübə müddətində davamlı olaraq mütəxəsislərimiz tərəfindən maraqlı təlimlər və təqdimatlar keçirilir.