E-Nəzarət Platformasının rüblük ilkin nəticələri elan edilib

09.09.2021 16:40

 Onlayn İctimai Nəzarət Platforması və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www.enezaret.az) rüblük ilkin nəticələri elan edilib. 

 Rübün nəticələrinə görə 13 dövlət qurumunun, o cümlədən də Bakı Nəqliyyat Agentliyinin vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edildi və onlara müvafiq təltiflər təqdim olunub. 

 Qeyd edək ki, Platforma, ictimai narahatlıq doğuran məsələlərlə (yollar, infrastruktur, abadlıq və s.) bağlı video və fotoşəkillər daxil olmaqla vətəndaşlardan məlumat almağa və dövlət qurumlarının bu narahatlıqları həll etməsinə imkan verməyə yönəlmiş USAID tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsinin vacib funksiyasıdır.