16-22 sentyabr tarixlərində "Avropa Mobillik Həftəsi" kampaniyası start götürür

16.09.2021 20:15

 16-22 sentyabr tarixlərində "Avropa Mobillik Həftəsi" kampaniyası start götürür. Bu il kampaniyanın devizi "Təhlükəsiz və Sağlam Dayanıqlı Mobillik "dir. Bakı Nəqliyyat Agentliyi ilk dəfə paytaxtımız Bakını bu kampaniyada təmsil edir. 

 Avropanın dayanıqlı şəhər mobilliyi strategiyasının aparıcı maarifləndirmə kampaniyası çərçivəsində aktiv mobillik, ictimai nəqliyyat və digər təmiz, ağıllı nəqliyyat vasitələrindən istifadə etmək və pandemiya qaydalarına riayət etmək geniş auditoriyaya təşviq olunur. 

 Bakı Nəqliyyat Agentliyi həftə çərçivəsində Nəqliyyat Könüllüləri" nin iştirakı ilə paytaxtımızda bir sıra maarifləndirmə tədbirləri həyata keçirəcək.