Yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib

04.10.2021 18:29

   Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. 
   05.10.2021-ci il tarixdən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü), son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.