114A və 114B nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

06.10.2021 15:00

  08.10.2021-ci il tarixindən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi - "20 Yanvar" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

📍 Müşfiqabad qəsəbəsi üzrə 4 ünvanda (Qaradağ r-nu)

📍 Sulutəpə qəs. (Binəqədi r-nu)

📍 Rəşid İsmayılov 56 (Binəqədi r-nu)

📍 Asif Məhərrəmov 1 (Nəsimi r-nu)

📍 Müzəffər Həsənov 51 (Yasamal r-nu)