101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib

13.10.2021 16:30

Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala d/st – Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyini nəzərə alaraq 101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib. 

Dəyişikliyə əsasən 14.10.2021-ci il tarixindən 101 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.