8 noyabr “Zəfər günü” münasibətilə keçiriləcək tədbirlə əlaqədar bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək

07.11.2021 20:45

8 noyabr “Zəfər günü” münasibətilə keçiriləcək tədbirlə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 1,2,4,5,6,10,18,21,30,32,46,49,53,59,61,65,88,120,125,127,149,175,205,M3 və H1 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdiriləcək.
 
1, M3 və H1 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi “28 May” m.st. olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti  daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
2 nömrəli marşrut: Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti – Heydər Əliyev prospektindən geriyə dönməklə (Tunelin üstü) – Ağa Nemətulla küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
4 və 88 nömrəli marşrutlar : Son dayanacaq məntəqəsi “28 May” m.st olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
5 nömrəli marşrut : Son dayanacaq məntəqəsi “28 May” m.st olmaqla Puşkin küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
6,53 və 205 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi Bünyad Sərdarov küçəsi olmaqla Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi - Bünyad Sərdarov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
10 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” m.st olmaqla Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov – Süleyman Rəhimov küçəsi – Azadlıq prospekti – “28 May” metro stansiyası. Əks istiqamətdə isə Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
18 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” m.st olmaqla Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov – Süleyman Rəhimov küçəsi – Azadlıq prospekti – “28 May” metro stansiyası. Əks istiqamətdə isə Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti -  Mehdi Hüseyn küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
21,32,46 və 175 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi “Xətai” m.st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti – Xəqani Rüstəmov küçəsi – Mərkəzi Bulvar küçəsi – 1-ci Fəvvarələr küçəsi - 8 Noyabr prospekti (Geriyə dönmə) daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
30 və 49 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “Xətai” m.st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
61 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Puşkin küçəsi olmaqla 28 May küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
65 nömrəli marşrut: Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
120 və 149 nömrəli marşrut: Yeni Salyan yolu – Su İdman Sarayı (dairə) - Bibiheybət yolu  daha sonra öz xətti üzrə fəaliyyət göstərəcəkdir.
 
125 və 127 nömrəli marşrutlar: 28 May m/st istiqamətində avtobusların hərəkəti Bakı Dairəvi Avtomobil yolu – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Azadlıq prospekti – 28 May m/st. Əks istiqamətdə isə Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Nəriman Nərimanov prospekti - Mikayıl Müşfiq küçəsi - Bakı Dairəvi Avtomobil yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.