Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib

06.01.2022 09:55

 Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir. 

 Belə ki, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. 

Bu çərçivədə;

✅ Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib;
✅ Əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.

 Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

 Piyadayönümlü şəhər daha təhlükəsizdir.