142 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib

08.01.2022 19:00

  Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 142 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

 

  Belə ki, dəyişikliyə əsasən, 9 yanvar 2022-ci il tarixindən  142 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək başlanğıc dayanacaq məntəqəsi Moskva prospektinə (“20 Yanvar” metro stansiyası) təşkil ediləcək.