M8 Maştağa - Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

18.01.2022 18:50

M8 Maştağa - Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib. Yəni Maştağa qəsəbəsi - Gənclik m/st-sı istiqamətində avtobusların hərəkəti 19.01.2022 tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək. 

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.