Əziz gənclər, çoxdandır gözlədiyiniz məqam gəldi. 5-ci "Nəqliyyat Könüllüləri" proqramına yeni könüllülərin qəbuluna start veririk. Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 15 avqust 2022-ci il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər. Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcəkdir.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.