Könüllülərin dəstəyi ilə növbəti maarifləndirmə aksiyası təşkil edilib

21.09.2022 14:41

Avropa Mobillik Həftəsi çərçivəsində şəhər mobilliyi və yol hərəkətinin təhlükəsizliyi istiqamətində Bakı Nəqliyyat Agentliyi Dövlət Yol Polisinin əməkdaşları və könüllülərin dəstəyi ilə maarifləndirmə aksiyası təşkil edib.
"Sən də rahat hərəkət et!" devizi altında paytaxtın bir sıra küçə və prospektlərində könüllülər müxtəlif sloqanlar vasitəsi ilə sürücüləri və piyadaları təhlükəsizlik qaydalarına riayət etməyə, piyada hərəkətə, ictimai və digər ekoloji təmiz alternativ nəqliyyat vasitələrindən istifadə etməyə dəvət ediblər.