Velosiped yolları və infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir.

28.09.2022 17:11

Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan "Bakıda velosiped nəqliyyatı" konseptual planına əsasən velosiped yolları və infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, paytaxtın Üzeyir Hacıbəyov küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil edilib. Eyni zamanda, Sahil bağı ətrafında velosiped yollarının qurulması işləri də davam etdirilir. Qeyd edək ki, velosiped duracaqları şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən vasitələrdən biridir.