Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

29.04.2023 15:28

 Bakı Nəqliyyat Agentliyinin əməkdaşlar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Tədbirin açılşında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub. Ulu Öndərin idmana, idmançılara, idmanın inkişafına göstərdiyi qayğıdan söz açılıb və bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahədə görülən mühim işlər qeyd olunub. 

“Heydər Əliyev İli” ilə əlaqədar silsilə təbirlər çərçivəsində keçirilən bu yarışda Agentliyin Aparatının əməkdaşları iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Agentliyin əməkdaşları olan Fətullayev Ceyhun 1-ci yer, Məmmədzadə Vüqar 2-ci yer, Qafarzadə Elşən 3-cü yer tutublar. Qaliblərə diplomlar, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.