Sərnişinlərin nəzərinə!

24.01.2017 00:00

24.01.2017 tarixində səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilmişdir. Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilmişdir.