IV İslam Həmrəyliyi Oyunlarında nəqliyyatın elektron məlumat toplusu

11.05.2017 00:00

Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunlarında paytaxtın ictimai nəqliyyat şəbəkəsinə dair Elektron Məlumat Toplusu hazırlayıb. Topluda Oyunlarının Açılış və Bağlanış mərasimləri günü biletli tamaşaçıların və Oyunların Əməliyyat Komitəsi tərəfindən akkreditasiyadan keçən şəxslərin daşınması üçün nəzərdə tutulan ekspress xətlərlə bağlı məlumatlar qeyd edilib. Bununla yanaşı Elektron Məlumat Toplusunda Açılış və Bağlanış mərasimindən sonra ekspress xətt avtobuslarının son məntəqəsindən müxtəlif istiqamətlərə hərəkət edən marşrut xətləri bərədə də informasiya əldə etmək mümkündür. Topluda IV İslam Həmrəyliyi Oyunları günlərində idman yarışlarının keçiriləcəyi məkanlara gedəcək marşrut xətlərinə dair də məlumatlar yer alıb.