Uşaqlarla BİR YOLDAYIQ - Ekspress xətt

01.06.2017 00:00

Bakı Nəqliyyat Agentliyi “BİR YOLDAYIQ” sosial maarifəndirmə kampaniyası çərçivəsində "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə balaca sərnişinlərimiz üçün xüsusi və əyləncəli tərtibatla bəzədilən avtobusla ekspress tur təşkil edib. Belə ki, təşkil edilən tur çərçivəsində exspress xətt ilə Su İdmanı Mərəzinin ərazisindəki Bayraq meydanının qarşısından metronun “Sahil” stansiyasınadək balaca sərnişinlərin gəzintisini təmin edib. Layihə çərçivəsində təşkil edilən exspress xətt vasitəsilə balaca sərnişinlər və onların valideynləri Su İdmanı Mərkəzi – Bayraq Meydanı – Azneft Meydanı – Dənizkənarı Milli Park – Dəniz Vağzalı – Metronun “Xətai” stansiyası – Cavanşir körpüsü – Hökumət Evi - metronun “Sahil” stansiyası – Kukla teatrı və əks istiqamətdə hərəkət etməklə, həmin dayanacaqlarda sərnişinlərin daşınmasını təşkil edib.