İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib

14.06.2017 00:00

İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib. Belə ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyinin Azərsun Holdinqlə birgə təşkilatçılığı ilə keçirilir.

Bakı Nəqliyyat Agentliyi bir daha müqəddəs Ramazan ayında xalqımıza ən xoş diləklərini yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır.