Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib

15.06.2017 00:00

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.