18, 61, 65, 79, 85, 96 saylı marşrut xətləri üzrə avtobuslarda ödəmənin vahid kart sisteminə keçirilməsilə bağlı olaraq bu marşrut xətlərindən istifadə edən sərnişinlərin nəzərinə:
Ödəməni həyata keçirmək üçün "BakıKART"-ın alınması və istifadə qaydası çox rahatdır. Vahid sistemdə 2 növ kartdan istifadə edilir - "BakıKART" (Plastik kart) və "BakıKART Məhdud istifadə üçün" (Kağız kart). Yeni kartların tətbiqi zamanı cari tariflər istifadə edilir. "BakıKART" loqolu terminallarda 10, 20, 50 qəpik dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər. Kartın satış qiyməti 2 AZN-dir;
"BakıKART" plastik kart: Bir şəhərdaxili gediş haqqının qiyməti 20 qəpikdir;
Terminallarda balansın artırılması mümkündür, kartlar geri qaytarılmır;
Bu növ kartlar yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulur.
Kartın satış qiyməti 20 qəpikdir;
"BakıKART Məhdud istifadə üçün": Kart alındığı zaman 1, 2, 3 və 4 gediş yükləmək mümkündür;
Bir şəhərdaxili gediş haqqının qiyməti 20 qəpikdir.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.