2 və 7 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdirildi

28.11.2016 00:00

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.Dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30.11.2016–cı il tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti 36,Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib.Dəyişiklikdən əvvəl 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi.Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində sıxılığın yaranmasına səbəb olurdu. 
Bununla yanaşı məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır.Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.
7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30.11.2016-cı il tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov- İlqar Cümşüdov küçəsi-Cavadxan küçəsi ilə,Abbas Mirzə Şərifzad küçəsi istiqamətində-Nazim Hikmət küçəsi-Əbdürrəhimbəy Haqverdiyevə küçəsi,əks istiqamətdə Hüseyn Cavid prospekti- Həsən Məcidov küçəsi–Əhməd Cəmil– Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib.Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.