Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq

10.12.2016 00:00

Dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü günü Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Fəxri Xiyabana gələn vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə,paytaxtın bır sıra küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.Həmçinin, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində,Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində,Mehdi Hüseyn küçəsi 1,yəni Teleteatrın binasının yanından,eyni zamanda,Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki,bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər.Həmçinin, mənzil başına çatmaq üçün sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.Ulu Öndərin məzarını ziyarətə gələnlərdən xahiş edirik ki,ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.