“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

12.03.2022 16:00

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart
 tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, No 3, maddə 507; 2020, No 9, maddə 1239, No 10, maddələr 1281, 1291, No 11, maddə 1408; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 408 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə,
 sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in
 8.1-ci bəndində “2022-ci” sözləri “2025-ci” sözləri ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 mart 2022-ci il

No 74