“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubov

Bakı şəhəri, 3 aprel 2009-cu il

№  52

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. «Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası» (bundan sonra - Qayda) «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və müsabiqənin keçirilməsi, müsabiqənİn təkliflərinə baxılması, müsabiqədə iştiraketmə şərtlərinin müəyyən edilməsi, həmçinin qəbul edilmiş qərarların təsdiq edilməsi və müsabiqə qalibinin müvafiq hüquqlarının rəsmiləşdirilməsi qaydalarım tənzimləyir.

Müsabiqənin təşkilinin məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsidir.

1.2. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının (bundan sonra - müntəzəm sərnişin daşımaları) dövlət sifarişçisi olan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi (bundan sonra - Sifarişçi) çıxış edir. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edirlər. [1]

1.3. Müsabiqənin elan edilməsi ilə başlayan və qalibin (qaliblərin) müəyyən olunması ilə başa çatan müsabiqə prosesi 60 gündən artıq davam etməməlidir.

1.4. Sifarişçi müsabiqəyə müntəzəm avtobus marşrutları və ya marşrutların intensivliyini yaxud rentabelliyini nəzərə alaraq müvafiq reyslərini çıxarır.

Marşrutlar paketi gəlirli marşrutlarla yanaşı, gəlirsiz marşrutlar da daxil edilməklə formalaşdırıla bilər.

1.5. Müsabiqənin qalibləri müntəzəm marşrutlar üzrə və ya marşrutların müvafiq reysləri üzrə sərnişindaşıma xidmətlərin göstərilməsi hüququnu əldə edirlər.

1.6. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlayır. Müsabiqənin qalibi olan daşıyıcı dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə, yaxud lazımi qaydada yerinə yetirmədikdə və ya onunla bağlanmış müqavilənin digər şərtlərini pozduqda ən azı 15 gün əvvəl xəbərdarlıq edilməklə, sifarişçi həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir.

1.7. Müsabiqənin qalibi sifarişçinin razılığı ilə müqavilənin qüvvədə olduğu dövrdə müsabiqə təkliflərində nəzərdə tutulan avtobusları daha yeni və rahat avtobuslarla əvəz edə bilər.

Müəyyən marşrut üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə iddialı yalnız bir daşıyıcı olduqda müsabiqə keçirilmir və həmin daşıyıcı ilə müvafiq müqavilə yalnız onun müsabiqə tələblərinə uyğun olduğu təqdirdə bağlanılır.

 

2. Müsabiqənin təşkili

2.1. Müsabiqə şərtləri sifarişçi tərəfindən hazırlanır və elan olunduqdan sonra dəyişdirilə bilməz. Müsabiqənin keçirilməsinə 30 gün qalmış sifarişçi kütləvi informasiya vasitələrində bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq müsabiqənin keçirilməsi vaxtmı, yerini və müsabiqənin əsas şərtlərini elan edir.

2.2. Müsabiqədə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması fəaliyyətinin müvafiq növünün yerinə yetirilməsi üçün xüsusi razılığı (lisenziyası) olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilərlər. [2]

2.3. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə sənədləri paketinin əldə edilməsi üçün sifarişçiyə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada ərizə ilə müraciət etməli, müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzini ödəməli, müsabiqə şərtlərini Öyrənməli, müsabiqə təklifləri formasını doldurmalı, təsdiq etməli
və sifarişçiyə təqdim etməlidirlər.

2.4. Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:

2.4.1. müsabiqəyə çıxarılan marşrutların tələb və parametrləri haqqında məlumat;

2.4.3. bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq ixtisas məlumatları;

2.4.3. bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun olaraq iştirakçılar haqqında məlumatların formasının nümunəsi;

2.4.4 bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun olaraq müsabiqə təkliflərinin qiymətləndirilmə formasının nümunəsi;

2.4.5. bu Qaydanın 7 nömrəli əlavəsinə uyğun olaraq marşrut(lar) üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsinə dair müqavilənin nümunəsi;

2.4.6. sifarişçiyə müsabiqə təkliflərinin təqdim edilməsi üçün bir böyük və iki kiçik zərf.

2.5. İştirakçı müsabiqə təkliflərinin formasının və Özü haqqında məlumatı komissiya üzvlərinin sayına uyğun nüsxələrdə sifarişçiyə təqdim etməlidir.

Müsabiqə təkliflərinin forması və iştirakçı haqqında məlumat ayrı-ayrılıqda iki zərfə qoyulur, möhürlənir və onlar bir böyük. zərfə yerləşdirilərək möhürlənir. İştirakçı haqqında məlumatlar müsabiqə təkliflərinə daxil edilə bilməz. Hər üç zərfdə fərqləndirici nişanlar, qeydlər və iştirakçı haqqında məlumatlar olmamalıdır.

2.6. Təkliflərin təqdim edilməsi üçün müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iddiaçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müəyyən olunmuş müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun olaraq, təqdim olunmuş təkliflər müsabiqənin Sifarişçisi tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir.

2.7. İştirakçının müsabiqə təklifi Sifarişçi tərəfindən qeydiyyata alındıqdan sonra ona hər hansı bir əlavə və ya dəyişiklik edilə bilməz.

2.8. Müsabiqədə iştirak etmək üçün əvvəllər təqdim edilmiş və hər hansı lotu udmuş avtonəqliyyat vasitələri gələcəkdə başqa lot üzrə müsabiqədə iştirak etmək üçün təqdim edilə bilməz.

2.9. İştirakçı eyni avtobusu eyni vaxtda iki və daha artıq lot üzrə müsabiqəyə çıxara bilməz.

2.10. İştirakçılar və Sifarişçi təqdim edilən və istifadə olunan müsabiqə məlumatlarını məxfi saxlamalıdırlar.

2.11. İştirakçı tərəfindən təqdim edilmiş və Sifarişçi tərəfindən qeydiyyata alınmış təkliflər 60 gün ərzində qüvvədə qalır.

Müsabiqə komissiyası tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq həyata keçirilir.

2.12. Müsabiqə komissiyasının tərkibi Sifarişçi tərəfindən müəyyən olunur. Müsabiqə komissiyası üzvlərinin ümumi sayı tək rəqəmli olmalı və 5 nəfərdən az olmamalıdır. [3]

2.13. Müsabiqədə iştirak etmək niyyətində olan daşıyıcı müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədlərində nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 gün qalmış Sifarişçiyə müraciət edə bilər. Sifarişçi həmin müraciətləri 7 gün ərzində cavablandırmalıdır.

 

3. Müsabiqə təkliflərinin məzmunu

3.1. İştirakçının ixtisas məlumatları və iştirakçı haqqında məlumat bu Qaydanın 3 və 4 nömrəli əlavələrində təsbit edilmişdir.

3.2. Bu Qaydanın 3 nömrəli əlavəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş ixtisas məlumatları (avtonəqliyyat vasitələrinin texniki pasportları və avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saxlanılması və təmiri üçün texniki-istehsalat bazasının mövcudluğunu təsdiq edən sənəd və ya müvafiq müqavilə) Sifarişçi tərəfindən müsabiqə keçirilməzdən əvvəl yoxlanılaraq müəyyən edilir.

 

4. Müsabiqə təkliflərinin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi qaydası

4.1. Zərflərin açılması, iştirakçıların müsabiqə təkliflərinə baxılması, təkliflərin qiymətləndirilməsi, həmçinin qalibin müəyyənləşdirilməsi müsabiqə komissiyası tərəfindən həyata keçirilir.

4.2. İçərisində müsabiqə təkliflərinin olduğu zərfin, habelə iştirakçı haqqında məlumatın olduğu zərfin möhürləndiyi böyük zərflər şəffaf olmayan qutuda olmalıdır.

4.3. Komissiyanın sədri qutuda olan böyük zərflərdən hər hansı birini çıxarıb, onun yuxarı sağ küncündə iri hərflərlə birinci sıra nömrəsini qoyur.

4.4. Bundan sonra sədr böyük zərfi açaraq, müsabiqə təkliflərinin olduğu zərfə, habelə müsabiqə iştirakçısı haqqında məlumatların olduğu zərfə birinci sıra nömrəsini qoyur.

4.5. Sonra sədr müsabiqə təkliflərinin olduğu böyük zərfi açır, təkliflərin hər bir nüsxəsində birinci sıra nömrəsini qoyur və onları komissiyanın hər bir üzvünə paylayır. İştirakçı haqqında məlumatın olduğu zərf böyük zərfdə açılmamış saxlanılır.

4.6. Müsabiqə təkliflərinin nüsxələrinə komissiyanın üzvləri tərəfindən baxılır. Onlar fərdi olaraq bu Qaydanın 5 nömrəli əlavəsində verilən göstəricilər üzrə müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirirlər. Qiymət verərkən, komissiyanın üzvləri hər bir avtobus üçün bu Qaydanın 6 nömrəli əlavəsində göstərilən meyarları rəhbər tuturlar. Avtobusun salonunun və banının vəziyyəti, həmçinin müvafiq təchizatı komissiyanın üzvləri tərəfindən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin müvafiq qurumlarının keçirdiyi texniki müayinənin nəticələrinə dair müvafiq arayışa əsasən qiymətləndirilir.

4.7. Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra, 1 nömrəli böyük zərfə qoyulması üçün komissiyanın katibinə təhvil verilir.

4.8. Müsabiqə təkliflərinin olduğu zərflərə baxılması proseduru eyni qaydada müsabiqənin digər iştirakçıları üçün də keçirilməlidir.

4.9. Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar müvafiq qaydada qiymətləndirildikdən sonra komissiyanın hər bir üzvü bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun olaraq qiymətləndirmənin nəticələrinin olduğu formanı təsdiqləyir və onu sədrə (katibə) təqdim edir.

4.10. Müsabiqə komissiyasının üzvləri təsdiqlənmiş formaya əsasən iştirakçının yekun balları eyni sıra nömrəsi ilə hesablanır və hər bir iştirakçının yekun balı müəyyən edilərək, komissiyanın katibi tərəfindən protokolda qeydiyyata alınır.

4.11. Ümumi yekun balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış iştirakçının sıra nömrəsini elan edir.

4.12. Komissiyanın sədri müsabiqə qalibinin elan olunmuş sıra nömrəsinə uyğun olaraq nömrəsi qalibin nömrəsinə uyğun olan böyük zərfi götürür, iştirakçı haqqında məlumatın olduğu zərfi çıxararaq onu açır və tanış olmaq üçün komissiyanın üzvlərinə paylayır.

4.13. Komissiya üzvləri iştirakçı haqqında məlumatlarla tanış olduqdan sonra ən yüksək bal toplamış iştirakçı haqqında məlumatlar sədr tərəfindən elan edilir və bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun protokollaşdırılır.

4.14. İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, komissiya avtonəqliyyat vasitələrinə dair göstəricilər üzrə daha çox bal toplamış iştirakçını müsabiqənin qalibi elan edir. Qeyd olunan göstəricilər üzrə toplanmış ballar bərabər olduğu təqdirdə, müsabiqənin qalibi püşkatma yolu ilə müəyyən olunur.

4.15. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.

4.16. Müsabiqə komissiyasının protokolu əsasında müvafiq marşrut üzrə Sifarişçi olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu müsabiqənin başa çatdığı gündən sonra 10 gün ərzində müsabiqə qalibi ilə müsabiqəyə çıxarılan avtobus marşrutuna dair bu Qaydanın 7 nömrəli əlavəsində göstərilən formada və bu Qaydanın 1.6-cı bəndinə uyğun müddətə müqavilə bağlayır və həmin daşıyıcıya marşrutun pasportunu verir. [4]

4.17. Müsabiqə iştirakçısının təqdim etdiyi müsabiqə təklifinə baxılması və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə yazılı cavab almaq hüququ vardır.

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na 

1 nömrəli əlavə

 

 

Müsabiqənin elan edilməsinin nümunəvi forması

 

Sifarişçi (Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi) müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqəni elan edir.

 

Marşrutun

nömrəsi və

adı

Lotun

№-si

 

Avtovağzaldan

(avtostansiyadan),

yaşayış

məntəqəsindən,

dayanacaq

məntəqəsindən

yola düşmə vaxtı və s.

Marşrutlara

xidmət

göstərilməsi

üçün tələb

olunan

avtobusların

minimal sayı

Marşrutlara

xidmət

göstərilməsi

üçün tələb

olunan

avtobusların

minimal tutumu, oturacaq yerlərinin sayı və digər tələblər

Yola

düşmənin

dövriliyi

 

 

 

 

 

 

 

 

Müsabiqədə hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilər.

 

 

 

 

 

Müsabiqə üçün ərizələr aşağıdakı

ünvanda qəbul edilir:

_______________________________

_______________________________

           qəbul tarixi və vaxtı

 

Müsabiqə aşağıdakı ünvanda

keçiriləcək:

____________________________

____________________________

                  lotlar üzrə

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

2 nömrəli əlavə

 

İştirak haqqında müsabiqə ərizəsi

 

Kimə________________________________________________________________________________

(sifarişçinin adı)

Kimdən_____________________________________________________________________________

(iştirakçı hüquqi şəxs olduqda hüquqi şəxsin adı, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı)

Tarix________________________________________________________________________________

 

Sizin_______________(elanın tarixi) tarixli elanla əlaqədar_____________ (müvafiq nömrə) №-li  lot üzrə müsabiqədə  iştirak etmək üçün______________ iştirakçının adı) müsabiqənin şərtlərinə uyğun olaraq müsabiqədə iştirak etmək niyyətimizi bildirir və iştirak haqqında ərizə, müsabiqə təkliflərinin forması, iştirakçı haqqında məlumat, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq arayışdan ibarət müsabiqə bildirişini təqdim edirik.

Bununla təsdiq edirik ki, bi________________(iştirakçının adı) «Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»nın müsabiqədə iştiraka dair bütün şərtləri ilə razıyıq.

Bu bildiriş müsabiqənin elan olunduğu gündən 60 gün müddətində qüvvədədir_________                          (tarixi göstərilməli)

Hörmətlə,____________________________________________________________________________            (iştirakçının adı və soyadı, vəzifəsi)

_______________________________________________________________________________________________________

 

İmza_______________________        

 

Qeyd. İştirak haqqında bu bildiriş bütün göstərilən arayışlarla birlikdə iştirakçılar haqqında məlumatların olduğu zərfə əlavə edilir.

 

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

3 nömrəli əlavə

 

İxtisas məlumatlarının nümunəvi forması

 

  1. Marşrutda işləmək üçün təklif olunan avtobusların, ehtiyatda olanlar da daxil olmaqla siyahısı:

Sıra №-si

Avtobusun markası (növü)

Dövlət nömrəsi

Avtobusun tutumu

Avtobusun 

oturacaq yerlərinin sayı

Buraxılış ili

1.

 

 

 

 

 

 

2.   Avtonəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi, onun saxlanılması və təmiri üçün texniki-istehsalat bazasının mövcudluğu__________________________________________________ ______________________________________________________________________________________

______________________________________________________________________________________

 

3. Avtonəqliyyat vasitəsi hər hansı səbəbdən marşrut xəttindən çıxdıqda, onun dəyişdirilməsi üçün təklif olunan tədbirlərin təsviri, həmçinin marşrut xəttindən çıxan avtonəqliyyat vasitəsinin əvəz edilməsi üçün tələb olunan vaxt barədə qeyd: _________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

 

4. Sürücü heyətinin peşə səviyyəsi və təcrübəsi (sürücü heyəti işçilərinin əmək kitabçalarından çıxarışlar və sürücülük hüququnu təsdiq edən vəsiqələrinin və peşə fəaliyyətinə və davranışına dair xüsusi proqram üzrə hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri təqdim olunur):

 

Sıra

№-si

Təvəllüdü

Sürücünün iş stajı

Son tibbi müayinənin keçirildiyi tarix

ümumi

sərnişin nəqliyyatı üzrə

         

 

5. Daşıyıcı tərəfindən son üç il ərzində göstərilən sərnişin nəqliyyat xidmətlərin növləri (şəhərdaxili, şəhərlərarası, beynəlxalq marşrutlar üzrə xidmətlərin göstərilməsi və digər     daşımalar): __________________________________________________________________________

 

Marşrutun növü, nömrəsi və istiqaməti

Xidmət göstərilməsinin başlanması tarixi

Xidmət

göstərilməsinin

başa çatması tarixi

Avtonəqliyyat vasitələrinin sayı

 

 

 

Tarix: «____»________________20___ il

 

İmza:_____________________________

 

 
 

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

4 nömrəli əlavə

 

İştirakçılar haqqında məlumat

 

1. Daşıyıcının adı: ____________________________________________________________________            (daşıyıcı hüquqi şəxs olduqda hüquqi şəxsin adı, fiziki

 

_______________________________________________________________________________________________________

şəxs olduqda onun soyadı, adı və atasının adı)

2. Daşıyıcının ünvanı:_________________________________________________________________

 

3. Hüquqi şəxs olan Daşıyıcının dövlət qeydiyyatı haqqında hüquqi sənəd (şəhadətnamə), fiziki şəxs olan daşıyıcının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə və Daşıyıcının bank hesablaşma hesabının nömrəsi: _________

_____________________________________________________________________________________ _____________________________________________________________________________________

 

4. Daşıyıcını təmsil edən səlahiyyətli şəxs:________________________________________________

_____________________________________________________________________________________

(adı və soyadı, vəzifəsi)

 

İmza_________________________

 

 

 

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili

(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

5 nömrəli əlavə

 

İştirakçıların müsabiqə təkliflərinin göstəricilər üzrə ballarla qiymətləndirilməsi

 

Göstəricilər

Balların

sayı

Verilmiş

ballar

1. Avtonəqliyyat vasitələri

6 nömrəli əlavəyə uyğun

 

2. Texniki-istehsalat bazasının mövcudluğu

5-ə dək

 

3. Marşrut xəttindən çıxan avtonəqliyyat vasitəsinin əvəz edilməsi sistemi

3-ə dək

 

4. Sürücü heyətinin peşə səviyyəsi və təcrübəsi

5-ə dək

 

5. Daşıyıcı tərəfindən son üç il ərzində göstərilən sərnişin nəqliyyat xidmətlərin növləri

3-ə dək

 

Yekun bal

 

 

       

 

Müsabiqə komissiyasının üzvü:_________________________

    (adı və soyadı)

 

İmza__________________________

 

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili

(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

6 nömrəli əlavə

 

Avtonəqliyyat vasitələrinin ballarla qiymətləndirilməsi cədvəli

 

 

 

Göstəricilər

Balların

sayı

Nəql.vas. qeydiyyat

№______ ,

markası

________

 

Nəql.vas. qeydiyyat

№_______ ,

markası

________

Nəql.vas. qeydiyyat

№_______ ,

markası

________

Nəql.vas. qeydiyyat

№_____ ,

markası

________

Nəql.vas. qeydiyyat

№_____ ,

markası

________

1. Buraxılış ilindən

başlayaraq

istismar

müddəti:

 

 

 

 

 

 

1.1. Avropa

ölkələri,

Yaponiya və

ABŞ

istehsalçıları

tərəfindən

istehsal

edilən

avtobuslar

 

 

 

 

 

 

4 ilədək

10

 

 

 

 

 

4 ildən 8 ilədək

8

 

 

 

 

 

8 ildən 12 ilədək

6

 

 

 

 

 

12 ildən 15 ilədək

4

 

 

 

 

 

15 ildən yuxarı

1

 

 

 

 

 

1.2. Asiya

istehsalçıları tərəfindən

istehsal

edilən

avtobuslar

(Yaponiya

istisna

olmaqla)

 

 

 

 

 

 

3 ilədək

9

 

 

 

 

 

3 ildən 6 ilədək

7

 

 

 

 

 

6 ildən 10 ilədək

5

 

 

 

 

 

10 ildən 12 ilədək

2

 

 

 

 

 

12 ildən yuxarı

1

 

 

 

 

 

1.3. Rusiya

və digər

MDB

ölkələrinin

istehsalçıları

tərəfindən

istehsal

edilən

avtobuslar

 

 

 

 

 

 

3 ilədək

8

 

 

 

 

 

3 ildən 6 ilədək

6

 

 

 

 

 

6 ildən 10 ilədək

3

 

 

 

 

 

10 ildən yuxan

1

 

 

 

 

 

2. Kondisionerlə təchiz

edildiyinə görə (işlək vəziyyətdə olduqda)

1

 

 

 

 

 

3. Salonun

vəziyyətinə

görə

1-2 dək

 

 

 

 

 

4. Banın

vəziyyətinə görə

1-2 dək

 

 

 

 

 

5. Mühərrik AVRO - 2 və daha yuxarı ekoloji standartlara uyğun olduqda

Avro 2-1 Avro 3-2 Avro 4 və daha yuxarı -3

 

 

 

 

 

Yekun

ballar:

 

 

 

 

 

 

 

 

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili

(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

7 nömrəli əlavə

 

(nümunəvi forma)

 

Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə

________________                                                                                            ________________

(şəhər (rayon))                                                                                                                              (tarix)

Bundan sonra Sifarişçi adlandırılacaq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu olan _______________________________________ nümayəndəsi, müsabiqə  [5]

                                                   (qurumun adı)

Komissiyasının_____________________ №-li «___» ____________________ tarixli protokolu əsasında çıxış edən _______________________________ şəxsində, bir tərəfdən və bundan sonra

                                                     (soyadı, adı, atasının adı)

Daşıyıcı adlandırılacaq ________________________________________________________________                                      (Daşıyıcının adı) səlahiyyətli nümayəndəsi qismində çıxış edən

_________________________________________digər tərəfdən, aşağıda göstərilənlər haqqında bu

                            (soyadı, adı, atasının adı)

müqaviləni bağlayırlar.

 

1. Müqavilənin predmeti

1. Sifarişçi tərəfindən müsabiqəyə çıxarılmış marşrutda (və ya marşrutun reysində) sərnişin daşımaları üzrə nəqliyyat xidmətlərinin Daşıyıcı tərəfindən təşkili və göstərilməsi.

Marşrutun nömrəsi (adı) və ya reysin yerinə yetirilməsi vaxtı _____________________________________________________________________________________

 

2. Tərəflərin vəzifələri

2. Daşıyıcının vəzifələri aşağıdakılardır:

2.1. bu müqavilənin qüvvədə olduğu müddət ərzində keçirilmiş müsabiqənin nəticələrinə uyğun olaraq, nəqliyyat xidmətlərinin göstərilməsi üçün müəyyən edilmiş marşrutlarda müntəzəm sərnişin daşımalarım təşkil etmək və yerinə yetirmək;

2.2. «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımaları qaydaları»na uyğun olaraq və Sifarişçi tərəfindən təsdiq edilmiş iş rejiminə riayət etməklə, marşrut üzrə sərnişin daşımalarını yerinə yetirmək;

2.3. daşımaları yerinə yetirərkən, tutumu və yüklənmə normalarına riayət etməklə, daşıma təhlükəsizliyi, tibbi-sanitar, ekoloji və yanğın təhlükəsizliyi tələblərinə cavab verən texniki cəhətdən saz avtonəqliyyat vasitələrindən istifadə etmək;

2.4. daşımalarla əlaqədar baş verə biləcək dəyişikliklər barəsində sərnişinləri əvvəlcədən məlumatlandırmaq;

2.5. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini təmin etmək, avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsini, avtobusların reysqabağı texniki müayinədən keçirilməsini, sürücülərin reysqabağı tibbi müayinəsini təşkil etmək, həmçinin sürücülərin iş və istirahət rejiminə riayət etmələrinə nəzarət etmək;

2.6. daşımaların təşkili və həyata keçirilməsi zamanı avtobusların marşrutlar üzrə təsdiq edilmiş hərəkət sxemini, onların iş rejimini, hərəkət cədvəlini dəyişdirməmək, daşıma tariflərinin qaldırılmasına, avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş sayının azaldılmasına və Sifarişçi ilə əvvəlcədən razılaşdırılmamış digər əsassız hərəkətlərə yol verməmək;

2.7 müəyyən edilmiş marşrutlar üzrə sərnişin daşımalarında müsabiqə təkliflərində nəzərdə tutulmuş və istismar tələblərinə uyğun olan avadanlıqlarla, marşrut sxemləri və onların göstəriciləri ilə təchiz olunmuş avtobuslardan istifadə etmək;

2.8. hər bir avtonəqliyyat vasitəsinin salonunun görünən hissəsində marşrut üzrə xidmət göstərən Daşıyıcının ünvanı və telefon nömrələri haqqında məlumatların yerləşdirilməsini təmin etmək;

2.9. vaxtlı-vaxtında avtonəqliyyat vasitələrinin texniki müayinəsinin və sürücülərin tibbi müayinəsinin keçirilməsini təmin etmək;

2.10. marşrutlar üzrə daşıyıcıların fəaliyyətinin təşkili və ona nəzarət funksiyasını yerinə yetirən Sifarişçinin səlahiyyətli qurumlarının tələblərinin yerinə yetirilməsini təmin etmək;

2.11. sərnişin daşımalarım yerinə yetirərkən, bilet satışma ciddi əməl etmək, sərnişinlərin və baqajın biletsiz aparılmasına və ya daşınmasına yol verməmək, hərəkət cədvəlində nəzərdə tutulmuş başlanğıc, son və aralıq məntəqələrdə gəlmə və çıxma haqqında qeyd etmək;

2.12. avtovağzal (avtostansiya) ilə müqavilə bağlamaq (avtobuslar avtovağzallardan (avtostansiyalardan) yola düşdükdə);

2.13. marşrutlarda sərnişin avtonəqliyyat vasitəsilə xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması üçün bu müqavilənin surətini avtovağzala (avtostansiyaya) təqdim etmək;

2.14. Sifarişçinin razılığı olmadan müsabiqə təkliflərində qeyd olunmuş avtobusların digər avtobuslarla əvəz edilməsinə yol verməmək;

2.15. «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımaları qaydaları» ilə nəzərdə tutulmuş tələblərə ciddi riayət olunmasını təmin etmək;

2.16. daşımaların dayandırılması və ya ləğv edilməsi zərurəti yarandıqda, əvvəlcədən Sifarişçinin müvafiq razılığını almaq və əhaliyə daşımaların dayandırılmasına və ya ləğv edilməsinə ən azı 3 gün qalmış kütləvi informasiya vasitələri ilə məlumat vermək;

2.17. üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi barədə vaxtlı-vaxtında Sifarişçiyə hesabatlar təqdim etmək;

2.18. sərnişin daşımalarına dair müəyyən edilmiş digər tələbləri yerinə yetirmək.

3. Sifarişçinin vəzifələri aşağıdakılardır:

3.1. qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş daşınma tariflərinin düzgün tətbiq olunmasına nəzarət etmək;

3.2. daşıma şərtlərində, hərəkət marşrutlarında edilən dəyişikliklər və digər dəyişikliklər barədə Daşıyıcını məlumatlandırmaq;

3.3. küçə-yol şəbəkəsinin, xətti qurğuların, dönmə meydançalarının lazımi vəziyyətdə olmasını və münasib hərəkət rejiminin yaradılmasını təmin etmək.

 

3. Tərəflərin hüquqları

4. Daşıyıcının hüquqları aşağıdakılardır:

4.1 marşrut sxeminin dəyişdirilməsi ilə əlaqədar hərəkət cədvəlinə yenidən baxılması, həmçinin, marşrutun iş rejimində dəyişiklik edilməsi və marşrutda sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı Sifarişçiyə əsaslandırılmış təkliflər vermək;

4.2. Sifarişçidən sərnişinlərin və hərəkətin təhlükəsizliyi tələblərinə cavab verməyən küçə-yol şəbəkəsinin olduğu marşrutlarda və ya marşrutların ayrı-ayrı hissələrində lazımi təhlükəsizlik şəraitinin yaradılmasını tələb etmək.

5. Sifarişçinin hüquqları aşağıdakılardır:

5.1. Daşıyıcının işinə nəzarət etmək və nəzarətin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

5.2. bu müqaviləyə əsasən Daşıyıcının üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi haqqında hesabatın vaxtlı-vaxtında təqdim edilməsini ondan tələb etmək;

5.3. Daşıyıcı bu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə və ya dəfələrlə pozduqda, müqavilənin yerinə yetirilməsindən imtina etdikdə, həmçinin Sifarişçinin razılığı olmadan müqavilə üzrə öz hüquqlarını üçüncü şəxsə verdikdə, Daşıyıcıya dəymiş ziyanı ödəmədən birtərəfli qaydada bu müqaviləni ləğv etmək.

 

4. Tərəflərin məsuliyyəti

6. Müqavilə üzrə hər bir tərəf öz öhdəliklərinin vaxtlı-vaxtında, tam həcmdə və vicdanla yerinə yetirilməməsinə görə digər tərəf qarşısında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

7. Daşıyıcı tərəfindən dəfələrlə və ya kobud şəkillə bu Müqavilənin şərtlərinin, hərəkətin təhlükəsizliyinə dair tələblərin pozulmasına, hərəkət sxeminin, cədvəlin, iş rejiminin dəyişdirilməsinə, sərnişin və baqaj daşınması qaydalarına riayət edilməməsinə görə, həmçinin aidiyyəti dövlət orqanlarından, bələdiyyələrdən, təşkilatlardan və sərnişinlərdən əsaslandırılmış müraciətlər daxil olduqda, müqavilə Sifarişçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilər.

8. Sifarişçi marşrutlarda daşımaların məhdudlaşdırılması və ya
dayandırılması səbəblərinin vaxtlı-vaxtında aradan qaldırılması üçün lazımi
tədbirlərin görülməməsinə görə məsuliyyət daşıyır.

 

5. Xüsusi şərtlər

9. Fəaliyyət şəraiti və şərtlərində obyektiv dəyişikliklər baş verdikdə, tərəflərdən hər hansı birinin təklifi ilə müqavilə şərtlərinə yenidən baxıla bilər. Təklif olunan dəyişikliklər barədə müvafiq qərar tərəflərin hər hansı birinin yazılı ərizəsi alındığı andan 14 gün ərzində qarşılıqlı razılıq əsasında qəbul edilir.

10. Bu müqavilə ilə razılaşdırılmış hallar istisna olmaqla, tərəflərdən birinin təklifi və ya qarşılıqlı razılıq əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilə bilər.

11. Daşıyıcı rentabelsiz marşrutlar üzrə sərnişin daşımalarım yerinə yetirməkdən imtina etdiyi hallarda da müqavilə Sifarişçi tərəfindən ləğv edilə bilər.

12. Daşıyıcı bu müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməsini yalnız Sifarişçinin yazılı razılığı ilə üçüncü şəxsə həvalə edə bilər. Bu halda marşrutlarda istifadə olunması üçün həmin şəxs tərəfindən təklif olunan avtobuslar müsabiqə təkliflərində göstərilən şərtlərə uyğun gəlməlidir. Əks halda Daşıyıcı bu müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə Sifarişçi qarşısında məsuliyyət daşıyır.

13. Daşıyıcı bu və ya digər marşrutda (reysdə) sərnişin axınının kəskin artması və ya azalması zamanı Sifarişçinin razılığı ilə avtobusların hərəkət cədvəllərinə və reyslərin sayına müvəqqəti olaraq yenidən baxa bilər.

14. Bu müqaviləyə əsasən marşrutda istismar ediləcək avtobusların siyahısı müqavilənin tərkib hissəsi hesab edilir.

15. Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və __________il müddətinə bağlanılır.

16. Tərəflərin rekvizitləri:

 

Sifarişçi

________________________________

Daşıyıcı

________________________________

 

 

 

 

«Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili

(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»na

8 nömrəli əlavə

 

Daha çox bal toplamış iştirakçının müəyyən olunması barədə müsabiqə komissiyasının iclas protokolu

 

«_____»_______________20 ____il №________

 

Sədr _________________________________________________________və komissiya üzvlərindən

_______________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı, vəzifəsi və iş yeri)

_____________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________

ibarət tərkibdə  müsabiqə  komissiyası  tərəfindən  avtobus  marşrutlarına (reyslər) xidmət göstərilməsi üzrə «___»____________ 20 ____tarixdə elan olunmuş  müsabiqənin  nəticələrinə  uyğun  olaraq  ən  çox bal  toplamış iştirakçı müəyyən edilmişdir:

 

Lotun №-si

İştirakçının №-si

İştirakçıların adları

Toplanmış balların cəmi

Ən çox bal toplamış iştirakçı

1.

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

və s.

 

 

 

2.

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

və s.

 

 

 

 

Komissiyanın sədri      _____________________

Komissiyanın üzvləri: _____________________

                                        _____________________

                                         _____________________                                              

 

 

 

 

 

İstifadə olunmuş mənbə sənədlərinin siyahısı

1. 7 aprel 2016-cı il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 803)

2. 15 aprel 2016-cı il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 813)

 

 

Qərara edilmiş dəyişiklik və əlavələrin siyahısı

 

[1] 7 aprel 2016-cı il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 803) ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.2-ci bəndin “Müsabiqənin” sözü “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində müsabiqənin” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

[2] 15 aprel 2016-cı il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 813) ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 2.2-ci bəndinə “sərnişin” sözündən əvvəl “müntəzəm” sözü əlavə edilmişdir.

[3] 7 aprel 2016-cı il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 803) ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 2.12-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Sifarişçi” sözü ilə əvəz edilmişdir.

[4] 7 aprel 2016-cı il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 803) ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 4.16-cı bənddən “olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu” sözləri çıxarılmışdır.

[5] 7 aprel 2016-cı il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 803) ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın Həmin Qaydaya 7 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”yə “Sifarişçi adlandırılacaq” sözlərindən sonra “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri əlavə edilmişdir.