Bakı Nəqliyyat Agentliyi “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması məqsədilə açıq tenderə dəvət edir:

03.09.2020 17:05

Bakı Nəqliyyat Agentliyi “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması məqsədilə açıq tenderə dəvət edir:

lot 1 – “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması.
 
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ziya Bünyadov 111 (Əlaqələndirici şəxs: Tural Mahmudov telefon : 404-41-20 (daxili 2185)) ünvanından ala bilərlər.
 
İştirak haqqı:
 
lot 1 – 2000 manat
 
Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22  
Bakı Nəqliyyat Agentliyi
Hesab № AZ88CTRE00000000000008147701
VÖEN: 1503112971
Büdcə təsnifatının kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.10.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.10.2020 12:00 qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 21.10.2020 12:00 tarixində Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında aparılacaqdır.
 
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
                                                                         
 Tender Komissiyası