Bakı Nəqliyyat Agentliyinin balansında olan Füzuli və Mirzağa Əliyev küçələri arasında, habelə Neftçilər prospektində - Hökümət Evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacaqlarında eskalator və liftlərdə olan nasazlıqların aradan qaldırılması məqsədi ilə lazım olan mal, iş və xidmətlərin satın alınması məqsədilə açıq tenderə dəvət edir:

08.12.2020 10:02

 

TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT

 

Bakı Nəqliyyat Agentliyinin balansında olan Füzuli və Mirzağa Əliyev küçələri arasında, habelə Neftçilər prospektində - Hökümət Evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacaqlarında eskalator və liftlərdə olan nasazlıqların aradan qaldırılması məqsədi ilə lazım olan mal, iş və xidmətlərin satın alınması məqsədilə açıq tenderə dəvət edir:

 

 

lot 1 – Bakı Nəqliyyat Agentliyinin balansında olan Füzuli və Mirzağa Əliyev küçələri arasında, habelə Neftçilər prospektində - Hökümət Evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacaqlarında eskalator və liftlərdə olan nasazlıqların aradan qaldırılması məqsədi ilə lazım olan mal, iş və xidmətlər

 

Maliyyə mənbəyi: Azərbaycan Respublikasında dövlət satınalmaları dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericilikdə dövlət vəsaitinə aid edilən digər vəsaitlər hesabına maliyyələşdirilir.

 

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

 

İştirak haqqı:

 

lot 1 – 500 manat

 

Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22  

Bakı Nəqliyyat Agentliyi 

Hesab № AZ88CTRE00000000000008147701 

VÖEN: 1503112971

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- Tenderdə iştirak etmək üçün müraciət ərizəsi;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır); 

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;   

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçılar müvafiq mallar (iş və xidmətlər) üzrə mənşə və uyğunluq sertifikatları.

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29.12.2020-ci il saat 12:00-ə qədər, tender təklifi və bank təminatı sənədlərini 11.01.2021-ci il saat 12:00-ə qədər portal vasitəsilə təqdim etməlidirlər.

​İddiaçıların təklifləri 12.01.2021-ci il tarixdə saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

​QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

 

Telefonlar: (99412) 404 79 45(2189)

Əlaqələndirici şəxs – P. Dadaşov

 

TENDER KOMİSSİYASI