Bakı Nəqliyyat Agentliyinin
onlayn portalı
onlayn portalı
2023-cü il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin müvafiq sərancamı ilə 101,107,171,179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri 15.06.2023-cü il tarixindən aşağıda qeyd olunan çimərlik ərazilərinə təşkil edilib.
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil edilib.
“Fərqlənmə nişanına” cəlb edilmiş şəhərətrafı avtobuslar
“Fərqlənmə nişanına” cəlb edilmiş şəhərdaxili avtobuslar
“Fərqlənmə nişanına” cəlb edilmiş avtobuslar
"Bakıkart" sisteminə qoşulan nəqliyyat vasitələri