Bakı Nəqliyyat Agentliyinin

onlayn portalı

Daha bir küçədə sürət həddi endirilir

25.07.2023
Şəhər mobilliyi prinsiplərinə uyğun olaraq Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha 1 küçədə sürət həddi endirilir.
25 iyul tarixindən paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir. Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.